Böyük Britaniyanın MI5 kəşfiyyat xidməti çeçen dili üzrə mütəxəssis üçün vakansiya elan edib...
Poliqon xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə elanlar aşkarlanıb.
Elana görə çeçen dili üzrə mütəxəssis, mümkünsə başqa dillərdə də danışa bilən şəxs tələb olunur. Təklif olunan əmək haqqı, işlədiyiniz yerdən asılı olaraq 36-39 min funt-sterlinq arasındadır.
Mİ5 Britaniya hökumətinin əks-kəşfiyyat xidmətidir. Bu xüsusi xidmətin hansı konkret tapşırıqlar üçün çeçen dili üzrə mütəxəssisə ehtiyacı olduğu açıqlanmır.
Eyni zamanda, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı təxribatlara əl ata biləcəyini bəyan edib. Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti daha əvvəl məlumat vermişdi ki, Britaniya Ukrayna münaqişəsində əsas dağıdıcı rol oynayır.
Poliqon.info