Bakı. Trend:
Bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və mediaplatformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkaryanaşmaların təşviqi, habelə medianın insan hüquqlarınatəsirlərinin müzakirə edilməsi və qurumlar arasında əməkdaşlıqperspektivlərinin dəyərləndirilməsi baxımından olduqcaəhəmiyyətlidir.
Trend xəbərverir ki, bunu İnsan Hüququları üzrə Müvəkkil Səbinə ƏliyevaMedianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan“İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumunaçılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindənbirini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığıtəşkil edir:
“Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslərbarədə məlumatların operativ və obyektiv formada ictimaiyyətəçatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasındaəhəmiyyətli rol oynayır. Media, eyni zamanda effektiv ictimainəzarət vasitəsi kimi çıxış edir.
Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratikprinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu öndər HeydərƏliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqilliktariximizin ən mühüm hadisələrindən olan Azərbaycan RespublikasıKonstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq vəazadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumatazadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzuraqadağan edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən davam etdirilən hüquqi və institusional islahatlarAzərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcudvəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədəinkişaf etdirdi.
Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında”Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, mediasubyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmalarıntətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir”.