Sözügedən dairə keçən ilin yayında keçirilmiş ümumi seçkilərdə İşçi Partiyası tərəfindən təxminən 15 min səs fərqi ilə qazanılmışdı. Bu dəfə isə Reform UK-in namizədi Sarah Ponçin-in zəfəri, Britaniya siyasi mənzərəsində baş verən ciddi dəyişikliklərin göstəricisi kimi dəyərləndirilir.
Reform UK partiyası, İngiltərədə yüzillik ənənəyə malik olan iki partiyalı siyasi sistemin - İşçi Partiyası və Mühafizəkarların dominantlığının - zəifləməyə başladığını bildirir. Partiya lideri Nigel Farage bu seçkiləri siyasi sistemin "çat verdiyi an" kimi təqdim edir.
Baş nazir Keir Starmer-in rəhbərlik etdiyi İşçi Partiyası son aylarda vergi artımları, yaşlılara ayrılan müavinətlərin azaldılması və ianələrlə bağlı qalmaqallar səbəbindən ciddi populyarlıq itkisi ilə üzləşib. Bu vəziyyət Farage və partiyasına cəmiyyətin müxtəlif təbəqələrindən dəstək qazandırıb.
Cümə axşamı keçirilən səsvermədə İngiltərə üzrə 1,600-dən çox yerli idarəetmə nümayəndəsi və altı meri müəyyən etmək üçün seçicilər sandıq başına gedib.
Runcorn və Helsby dairəsindəki seçki isə xüsusi diqqət mərkəzində olub. Burada aralıq seçkilər, İşçi Partiyasından olan deputatın bir seçicini yumruqladığı üçün istefa verməsindən sonra təşkil edilib.
Digər önəmli nəticələrdən biri də keçmiş Mühafizəkar nazir Andrea Jenkyns-in Reform UK partiyasına keçdikdən sonra Greater Lincolnshire bölgəsində mer seçilməsi olub. Bu vəzifə Reform-un indiyədək əldə etdiyi ən yüksək siyasi mövqe hesab olunur və təqribən bir milyon əhalisi olan ərazini əhatə edir.
Bu nəticələr, Reform UK-in Britaniya siyasətində getdikcə artan rolunun və seçicilər arasında narazılığın göstəricisi kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31