BAKI, 2 may. TELEQRAF
“Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Prezidentin 2025-ci il 21 aprel tarixli 562 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə olunub.