AZ

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək

Bakı, 2 may, AZƏRTAC

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları raundun birinci matçında qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.

Final seriyasında 4 qələbə qazanan komanda qızıl medalların sahibi olacaq. Digər oyunlar 4, 6 və 8 mayda baş tutacaq.

Seçilən
0
azertag.az

1Mənbələr