Bakı. Trend:
Bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüməhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur. Zəngin vəşərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün150 illik yubileyini qeyd edir.
Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoruƏhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimaiproseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılışmərasimində çıxışı zamanı deyib.
“Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksəksəviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi sərəncama vəpeşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət vəqayğısına görə Prezident İlham Əliyevə ölkəmizin media ictimaiyyətiadından təşəkkürümüzü bildirmək istərdik”, - deyə o bildirib.
İcraçı direktor xatırladıb ki, 1875-ci ildə maarifçi vəpublisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan“Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirliziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət,incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərcetmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır.
“Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatınmüasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbidilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimitəməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinəyüksəlmişdir”, - deyə Ə.İsmayılov fikrini tamamlayıb.