AZ

Zelenski altı dəfə Braziliya prezidenti ilə görüşə bilməyib

Ukrayna prezidenti Volodimir Zelenski bir il səkkiz aydır ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya görüş təklifləri göndərir...

Poliqon xəbər verir ki, bu barədə Metropoles adı açıqlanmayan ukraynalı diplomata istinadən məlumat yayıb.

Ümumilikdə ən azı altı məktub göndərilib, hamısı cavabsız qalıb.

"Biz ona (Lula da Silva-red.) istədiyi kimi hər həftə yeni dəvətlər göndərməyəcəyik", deyə nəşrin mənbəsi bildirib.

Braziliya prezidentinə göndərilən məktublardan ikisi Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq sammitlərə dəvət olub. Da Silva ad günündə, 27 oktyabr 2023-cü ildə daha bir məktub alıb.

2024-cü ilin payızında Ukrayna prezidenti braziliyalı həmkarına G20-nin Rio-de-Janeyroda keçiriləcək sammitində görüşməyi təklif edib. Braziliya tərəfi tədbiri aclıq və yoxsulluqla mübarizəyə və davamlı inkişafa həsr etdiyi üçün toplantı üçün qeyri-münasib hesab edib. Nəticədə Ukrayna sammitdə təmsil olunmayıb.

Lula da Silva Qələbə Günü üçün Moskvaya səfər etmək niyyətini bildirdikdən sonra Kiyev Rusiyadakı tədbirdən əvvəl onu Ukraynaya gəlməyə dəvət edib. Bununla belə, Ukraynaya səfər Braziliya prezidentinin planlarına daxil edilməyib.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr