Bu gün Misli Premyer Liqasında XXXIII tura start veriləcək.
İdman.biz xəbər veirr ki, ilk oyun günündə bir matç keçiriləcək.
“Zirə” öz meydanında “Turan Tovuz”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma gümüş mükafatçının adına aydınlıq gətirə bilər.
İlk “üçlük”də yerini təmin edən Rəşad Sadıqovun yetirmələri qələbə qazansalar, 2-ci yeri rəsmiləşdirəcəklər. Bürünc və avrokubok uğrunda mübarizə aparan Kurban Berdıyevin komandası isə vacib xallar üçün meydana çıxacaq.
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXXIII tur
2 may (cümə)
20:00. “Zirə” – “Turan Tovuz”
Baş hakim: Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu
yer | komanda | O | Q | H | M | T | X |
1 | Qarabağ | 32 | 24 | 5 | 3 | 78-19 | 77 |
2 | Zirə | 32 | 20 | 4 | 8 | 55-26 | 64 |
3 | Araz-Naxçıvan | 32 | 14 | 12 | 6 | 32-25 | 54 |
4 | Turan Tovuz | 32 | 12 | 13 | 7 | 39-36 | 49 |
5 | Sabah | 32 | 8 | 16 | 8 | 44-43 | 40 |
6 | Neftçi | 32 | 8 | 12 | 12 | 32-45 | 36 |
7 | Şamaxı | 32 | 9 | 8 | 15 | 30-40 | 35 |
8 | Sumqayıt | 32 | 8 | 6 | 18 | 27-48 | 30 |
9 | Kəpəz | 32 | 7 | 7 | 18 | 25-56 | 28 |
10 | Səbail | 32 | 4 | 9 | 19 | 23-50 | 21 |
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol, Cesse Sekidika ("Sabah"), Davit Volkov ("Zirə") - 10 qol.
İdman.biz