AZ

Bakıda gözlənilən böyük görüş: Gözləntilər nədir? -Şərh

Son günlər İsrail mediası İsrailin baş naziri Benyamin Netenyahunun Bakıya səfərinin məramı və məqsədi barədə analizlər edirlər.Benyamin Netenyahunun Bakıya səfərinin əsas məqsədi nədir?

Politoloq Arzuman Muradlı hesab edir ki, Netenyahunun Bakıya səfəri bir çox məsələrin aydınlaşdırılmasına səbəb olacaq.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Netanyahunun beş gün davam edəcəyi deyilən Bakı səfəri ABŞ-İran nüvə diplomatiyası, eləcə də Əliyev, Ərdoğan və Suriyanın keçid rəhbərliyi arasında pərdəarxası təmaslar fonunda baş tutur, Azərbaycan yeni yaranan regional təhlükəsizlik arxitekturasının mərkəzində yer alır”– deyə Arzuman Muradlı bildirib.

“Səfərin mayın 11-dək davam edəcəyini İsrail mediası açıqlayıb. Daha bir maraqlı məqam isə həmin günlərdə yəni mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi xəbər verilir. Maraqlıdır, eyni vaxtda həm Netanyahu, həm də Ərdoğan Bakıda olacaqlar. Ərdoğan və Netanyahunun görüşü istisna olunmur. Güman ki, geniş müzakirələr olacaq. İsrail üçün Türkiyənin mövqeyi çox vacibdir. Ələlxüsus ona görə ki, artıq İsrail və İran arasında ciddi toqquşma ehtimalı çox yüksəkdir. Bu vəziyyətdə Türkiyənin mövqeyi olduqca vacibdir. Ona görə İsrail istər-istəməz Türkiyə ilə bu və ya digər şəkildə məsələləri həll etməlidir. Həmçinin liderlərin Moskvaya birgə getməsi haqqında Rusiya mediası məlumat yayıb. Bu onu göstərir ki, Bakıdakı görüşün məqsədi və məramı olduqca böyükdür. İndi Bakının regional təhlükəsizlik arxitekturasının mərkəzində yer alması olduqca düşündürücü və sevindirici məqamlarla üst-üstə düşür. Bir sözlə Azərbaycan bu görüşlərin nəticəsi olaraq böyük dividentlər əldə edə bilər. Bir neçə gün öncə İran prezidenti Məsud Pereşkianın Azərbaycan haqqı çatan istənilən yeri ala bilər deməsinə də biganə qala bilmərik. Məncə yaxın aylarda Azərbaycanın diktəsi ilə  yeni  müqaviləsi bağlanacaq və həmçinin Zəngəzur dəhlizi ətrafında gəzən söz-söhbətlər artıq reallığa çevriləcək.”-deyə politoloq qeyd edib.

Seçilən
0
moderator.az

1Mənbələr