Moskvada avtomobil sahibləri növbəti yaz qarı səbəbindən itki veriblər.
Publika.az xəbər verir ki, hadisənin təfərrüatlarını "Baza" "Telegram" kanalı təqdim edib.
“Moskvada və Moskva vilayətində qardan aşmış ağaclar artıq onlarla avtomobilə ziyan vurub. Bəzi yaşayış məntəqələrində naqillər qopduğuna görə elektrik enerjisi yoxdur”, - "Baza" qeyd edib.
Mövcud məlumata görə, ağacların aşması şəhərətrafı qatarların hərəkətini də pozub.