Bakı. Trend:
Əhalinin ərzağa olan artan tələbatı bu resurslara olan təzyiqidaha da gücləndirir.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlimməsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu gün Bakıda keçirilənAqrobiznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, kənd təsərrüfatı insanların əsas ehtiyaclarınıtəmin edən strateji əhəmiyyətli bir sektordur:
"Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanlarımövcud tələbatı çətinliklə qarşılayır. Digər tərəfdən, əhalininərzağa olan artan tələbatı bu resurslara olan təzyiqi daha dagücləndirir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatınagörə, dünyada təxminən 1.7 milyard hektar torpaq insan fəaliyyətinəticəsində deqradasiyaya uğrayıb. Bu torpaqların 60%-dən çoxu kəndtəsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir".
"Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlimdəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər budəyişikliklərin mənfi təsirləri kənd təsərrüfatında ciddiçətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması vəekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaqtəhlükəsizliyinə ciddi təsir göstərir", - M.Babayev qeyd edib.
"Artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlarvə dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildətəxminən 100 fəlakət baş verirdisə, bu gün bu rəqəm 400-ə qədərartıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kəndtəsərrüfatının dayanıqlığını zəiflədir", - deyə M.Babayevvurğulayıb.