
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, heyvanlarla rəhmsiz rəftar edən şəxslərə qarşı cərimələr artırılıb. Bu dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2024-cü ilin dekabrında qüvvəyə minib.Əsas cərimə və tədbirlər aşağıdakılardır:- Heyvanlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi hallarında fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.- Əgər bu cür əməllər nümayişkaranə şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində nümayiş etdirilməklə törədilərsə, 800 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir.- Heyvanlara qarşı rəhmsiz rəftar nəticəsində onların şikəst edilməsi halında 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə tətbiq olunur.- Heyvanların rəhmsiz rəftar nəticəsində tələf edilməsi halında isə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir və ya bir ayadək inzibati həbs cəzası tətbiq oluna bilər.- Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya bu cür rəftara açıq çağırışların edilməsi, həmçinin bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsi hallarında 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə və ya bir ayadək inzibati həbs cəzası tətbiq olunur Bu dəyişikliklər heyvan hüquqlarının qorunması və onlara qarşı rəhmsiz rəftarın qarşısının alınması məqsədilə həyata keçirilmişdir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Neytrallıqdan sərt mövqeyə keçid: İsveçrə HƏMAS-ı rəsmi olaraq qadağan edir
Darçının Həddindən Artıq İstifadəsi Dərmanların Təsirini Azalda Bilər!
FHN yanğın təhlükəsizliyi üzrə mediatur təşkil etdi