AZ

Özbəkistan-Əfqanıstan dostuğunu əks etdirəcək “Dostluq bağı” salınır

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan-Əfqanıstan aqrar əməkdaşlığının praktiki nümunəsi kimi Əfqanıstan ərazisində “Dostluq bağı” salınacaq.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Qərar aprelin 30-da Özbəkistan kənd təsərrüfatı nazirinin müavini Cəmşid Abduzuxurov Əfqanıstana işgüzar səfəri zamanı verilib.

Əfqanıstanda keçirilmiş görüşdə aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Əfqanıstan ərazisində Özbəkistan-Əfqanıstan kənd təsərrüfatı əməkdaşlığının praktiki nümunəsi kimi “Dostluq bağı”nın yaradılması nəzərdə tutulan 100 hektar əraziyə baxış keçirilib.

“Dostluq bağı” layihəsi müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqini və iki ölkənin kənd təsərrüfatı mütəxəssislərinin əməkdaşlığını nəzərdə tutur. Layihənin Əfqanıstanda intensiv bağçılığın inkişaf etdirilməsi, meyvə istehsalı potensialının artırılması, yerli əhali üçün yeni iş yerlərinin yaradılması və regionda davamlı iqtisadi artıma yol açacağı gözlənilir.

Vurğulanır ki, bu təşəbbüs Özbəkistanla Əfqanıstan arasında dostluq münasibətlərinə, qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan inkişaf edən ikitərəfli münasibətlərin mühüm təzahürüdür.

Seçilən
0
hafta.az

1Mənbələr