AZ

Ukraynanın bu ərazilərinə ABŞ nəzarət edəcək

ABŞ Ukraynada atəşkəs razılaşması çərçivəsində Zaporojye AES-ə bitişik ərazilərə neytral status verilməsini və Vaşinqtonun nəzarətinə verilməsini təklif edir. Vətəninfo.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb. Nəşr Amerika tərəfinin bu nəzarəti necə həyata keçirəcəyi və hazırda Rusiyanın nəzarətində olan Zaporojye AES-i kimin idarə edəcəyi barədə ətraflı məlumat vermir.

“The Wall Street Journal” yazır ki, Ukraynada atəşkəs təklifi çərçivəsində aprelin 17-də danışıqlar zamanı Zaporojye atom elektrik stansiyası ilə bağlı təkliflər Kiyevə təqdim edilib. Yaxın vaxtlarda Kiyevin buna cavab verəcəyi gözlənilir. Reuters həmçinin yazıb ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti ilə Zaporojye AES-ə nəzarət məsələsini müzakirə etmək istəyib, lakin Rusiya Xarici İşlər Nazirliyi cavab verib ki, AES-in Ukraynaya və ya başqa ölkəyə verilməsi halları istisna olmaqla, atom elektrik stansiyasının birgə istismarı üçün dünyada heç bir presedent yoxdur.

Seçilən
0
veteninfo.az

1Mənbələr