Bakı.Trend:
Taylandın Banqkok şəhərində 28 martda baş vermiş dağıdıcızəlzələdən sonra göydələnin çökməsi nəticəsində ölənlərin sayı 74nəfərə çatıb.
Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.
Xilasedicilər çökmüş 30 mərtəbəli Baş Audit İdarəsinin binasınındağıntı yerində itkin düşmüş 20 nəfərin axtarışlarını davametdirir. Artıq 10 nəfərin meyitinin olduğu yer müəyyənləşsə də,dəmir-beton plitələr onların çıxarılmasına ciddi əngəl yaradır.
Xatırladaq ki, martın 28-də Myanmada 8.2 bal gücündə zəlzələ başverib. Zələzələ Myanma və Taylandda ciddi dağıntılara və insanitkilərinə səbəb olub. Təkcə Myanmada itki sayının 3.8 min nəfərəçatdığı deyilir.