Bakı.Trend:
“Apple” şirkəti ABŞ-də satılacaq əksər “iPhone”ların və digərcihazların istehsalını Çindən kənara çıxarmaqda olduğunu bəyanedib.
Trend xəbər verirki, bu barədə şirkətin baş direktoru Tim Kuk açıqlama verib.
Onun sözlərinə görə, ABŞ bazarı üçün nəzərdə tutulan“iPhone”ların əksəriyyəti Hindistanda istehsal olunacaq, “iPad” və“Apple Watch” kimi məhsullar üçün isə Vyetnam əsas istehsalmərkəzinə çevriləcək.
“Apple”ın istehsalat müəssisələrini Çindən çıxarmağına səbəb ABŞvə Çin arasında gedən ticarət müharibəsidir. Tramp administrasiyasıÇin mallarına yüksək idxal rüsumu tətbiq etdiyindən şirkətin carirübdə gömrük rəsmiləşmələri üçün əlavə 900 milyon dollar vəsaitxərcləməli olacağı ehtimal edilir.
Ağ Ev rəhbəri Donald Tramp dəfələrlə bildirib ki, "Apple"istehsalı ABŞ-yə keçirməlidir.