BAKI, 2 may. TELEQRAF
Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinə start veriləcək.
Teleqraf xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayacaq.
60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda indoneziyalı Fathur Rohman və Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Acıtı Dombuu cütünün qalibi ilə qarşılaşacaq.
66 kq-da Yaşar Nəcəfov (66 kq) isə 1/8-də tacikistanlı Exson Safarzoda ilə üz-üzə gələcək.
Qeyd edək ki, Böyük Dəbilqə turniri Bakı vaxtı ilə saat 10:30-da start götürəcək.