AZ

"Yeni Özbəkistanı qurmaq üçün yeniləşmə yolunu davam etdiririk"-Mirziyoyev



"Bu gün biz Yeni Özbəkistanı qurmaq üçün dəyişmə və yeniləşmə yolunu qətiyyətlə davam etdiririk".

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki,, bu fikirləri ölkə prezidenti Şavkat -Mirziyoyev səsləndirib.

Özbəkistan prezidenti, "Təsadüfi deyil ki, başladığımız islahatlar çərçivəsində biz sülh və dostluq cəbhəsi olan turizmin inkişafını ayrıca strateji istiqamət kimi diqqət mərkəzində saxlayırıq. Çünki turizm təkcə səyahət etmək və mənalı istirahət etmək deyil. Bu, ilk növbədə, xalqları millətlərə, qəlbləri könüllərə bağlayan, zəhmətkeş və tolerant xalqımızın zəngin mədəni-tarixi irsini, açıq qəlbini dünyaya nümayiş etdirən güzgüdür",-deyə vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, tarixi abidələrin və mədəni irs obyektlərinin qorunması, onların qlobal turizm şəbəkəsinə fəal cəlb edilməsi üçün hərtərəfli islahatlar həyata keçiririk.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr