AZ

Ömrünü su idmanına həsr edən alim: Şamil Əbdürrəhmanov (FOTO)

Bakı. Trend:

“Bir də həyata gəlsəm, yenə də ömrümü idmana, gənclərin gələcəkyollarının seçiləsində yol göstərən müəllim sənətinə həsr edərdim.Hərdən elə düşünürəm ki, heç elə bil illər ötməyib. Daxilimdəgənclik illərimdə olan o həvəs, o enerji bu gün də var və Mən hələdə Azərbaycanda Su İdman növlərinin inkişafında öz bilik vəbacarığımla töhvəmi verməyə qadirəm. Bu vaxtadək istər idmançıkimi, istər məşqçi kimi, istərsə də bir alim və müəllim kimiölkəmizdə idmanın inkişafına dəstəyimi verməyə çalışmışam. Bundansonra da qalan ömrümü buna həsr edəcəyəm”.

Bu fikirlər bu gün 75 yaşını qeyd edəcək Respublika dərəcəlihakim, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, AzərbaycanRespublikasının “Əməkdar Məşqçisi”, Azərbaycan Respublikasının“Əməkdar Müəllimi”, “Tərəqqi” medalı ilə təltif olunmuş, pedaqogikaüzrə fəlsəfə doktoru və professor Şamil Əbdürrəhmanovaməxsusdur.

Bütün ömrünü Azərbaycan su idmanı növlərinə həsr edən ŞamilHətəm oglu Əbdürəhmanov 2 may 1950-ci ildə Mingəçevir şəhərindəanadan olub. 1967-ci ildə Mingəçevir şəhər 1№-li orta məktəbibitirib. 1968-1970-ci illərdə Rusiyanın Çita vilayətində hərbiqulluqda olub. O, 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsiİnstitutuna (İndiki Azərbaycan İdman Akademiyası) daxil olub və1976-cı ildə həmin institutu bitirdikdən sonra təyinatla ali təhsilmüəssisəsinin üzgüçülük və onun metodikası kafedrasına baş laborantvəzifəsinə təyin olunub. Həmin ildən 1997-ci ilədək Azərbaycanİdman Akademiyasında müəllim, baş müəllim, 1997-ci ildən 2016-cıilədək üzgüçülük və onun metodikası kafedrasının müdiri vəzifəsindəçalışıb. O İşlədiyi müddətdə bütün fəaliyyətini su idmanı növləriüzrə yüksək dərəcəli ixtisaslı tələbələrin yetişdirilməsinəyönəldib. Pedaqoji fəaliyyətlə yanaşı o içtimai işlərlədə məşgulolub. Belə ki, fakültə komsomol komitəsinin sədri, fakültə partiyakomitəsinin sədr müavini, DOCCAF sədri kimi vəzifələri icraedib.

Şamil Əbdürrəhmanov İdman fəaliyyəti dövründə Azərbaycanda suidmanı növlərinin inkişafına da öz töhvələrini verib. Belə ki, o,Avarçəkmə idman növü üzrə yığma komandanın məşqçilər qrupunda elmi– metodiki və praktiki köməklik göstərib . Məşqçilər qrupundaişlədiyi dövürdə yığma komanda sıralarında dünya birinciliyiningümüş mükafatçıları - beynəlxalq dərəcəli İdman Ustası QennadiKryuçkin, Viktor Pereverzev və SSRİ çempionatının bürüncmükafatçıları - İdman Ustası Aleksandr Nemtsov, Mixail Nemtsov kimiyüksək dərəcəli idmançılar yetişib. Bundan əlavə onun özünün idmanvə elm sahəsində də müəyyən nailiyyətləri olub. O, 1968-1976-ciillərdə avarçəkmə idman növü üzrə Respublikanın yığma komandasınınüzvü və üç dəfə Respublika çempionu olub.

İdmançı və məşqçi kimi öz bilik və bacarığını yoxlayan Şamilmüəllim ömrünün 50 ildən çoxunu peşəkar idman mütəxəssislərininhazırlanmasına həsr edib. İndiki Azərbaycan İdman Akademiyasındalaborant kimi əmək fəaliyyətinə başlayan Əbdürrəhmanov indi Suidman növləri üzrə tanınmış alim, professor səviyyəsinə çatan birziyalı, bir alimdir. Professor Ş.Əbdürəhmanov həm də olduqcaməhsuldar bir tədqiqatçı alimdir. Onun indiyə kimi 100-dən çoxdərslik, dərs vəsaiti, tədris vəsaiti, metodik vəsaiti, metodikgöstərişi, metodik tövsiyəsi və jurnal məqalələri nəşr edilərəkoxucuların ixtiyarına verilib. Əbdürrəhmanovun çoxşaxəli həyatyoluna nəzər salsaq, birmənalı şəkildə deyə bilərik ki, onun ziyalımövqeyi, şəxsiyyəti gənclərimizə örnək olası bir həyatməktəbidir.

Respublikamızda idmanın inkişafına sonsuz məhəbbəti Şamilmüəllimi böyük həvəs və tükənməz enerji ilə bu sahədə təmənnasızfəaliyyət göstərməyə sövq edir. Professor hazırda bir neçə ictimaivəzifəni bacarıqla və ləyaqətlə yerinə yetirir. Bu da onun idmana,elmə, təhsilə və tədrisə olan böyük sevgisindən, əsl vətəndaşmövqeyindən xəbər verir.

Şamil müəllimi yaxından tanıyanlar, onun xarakter və xasiyyətinəbələd olanlar onun necə səmimi olduğunu söyləyirlər. Prezidenttəqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor DilqəmQuliyev Şamil müəllimlə 50 ildən çoxdur dostluq edir:

“Mən, Şəmil müəllimi 1974-cü ildən, yəni İdman Akademiyasınaqəbul olduğum və yataqxanada qaldığımız gündən tanıyıram. Elə ovaxtdan da özünün işgüzarlığı, təmkini, səmimiyyəti və hamı iləünsiyyət yarada bilmə qabiliyyəti ilə diqqət cəlb edirdi.

Şamil müəllimin yaradıcı alim-pedaqoq üçün çox vacib olankeyfiyyətlərlə yanaşı, həm də yüksək idarəetmə, təşkilatçılıqbacarığı vardır. Tale elə gətirb ki, onunla uzun müddət, yəni 51 ilbir yerdəyik. Ali məktəbdə oxumağa başladığımız gndən ta bugünədək. Hazırda Azərbaycan İdman Akademiyasında çiyin çiyinəçalışırıq.

Birgə işlədiyimiz dövrdə onda olan müdriklik və sadəlik, sərtlikvə zəriflik, tələbkarlıq və qayğıkeşlik kimi böyük insanikeyfiyyətlərin şahidi oldum.

İşlədiyi təhsil ocağında, idman və geniş ictimaiyyət arasında,dostları, tanışları yanında şəxsiyyəti böyük tərbiyə məktəbinəçevrilən Şamil müəllimin ən ümdə xarakterik cəhətlərindən biri vəbəlkə də birncisi onun təvazökarlığı və ürək genişliyidir. Şamilmüəllim səmimi insan və sədaqətli dostdur” deyə Professor DilqəmQuliyev Şamil müəllim haqqında fikirlərini bölüşdü.

Şamil müəllim Azərbaycan idmanına təkcə bilik və bacarığı iləidmançıların və idman müətəxəssislərinin yetişdirilməsi ilə töhvəverməyib. Professorun ailəsində də idmanımızın adını dünya idmanarenalarında yüksəkliklərə qaldıran bir məşqçi yetişib. Rəşad Şamiloğlu Əbdürrəhmanov. Hazırda Azərbaycanın Üzgüçülük İdman növü üzrəMilli komandasının baş məçqçisi olan, artıq atası kimi Professorali adını almış Rəşad Əbdürrəhmanov atasının onun idmanı seçməsindəböyük rolu olduğunu söyləyir:

“Əlbəttə hər bir ailədə valideynlərin hansı sahədə çalışmasıövladların peşə seçimində özünü göstərir. Atam su idman növləri iləçəşğul olduğundan, bu sahədə tədris və təlim sahəsi üzrəixtisaslaşdığından mənim də suya, üzgüçülüyə, ümumilikdə su idmannövlərinə marağım böyük olub. Şamil müəllim cəmiyyətdə təbliğetdiyi “Sağlam bədəndə sağlam ruh olar” ideologiyasını ailədə dəəsas prioritet hesab edirdi. Hələ bir uşaq olanda tez tez bizidənizə, su hovuzlarına aparardı. Hesab edirəm ki, mənim biridmançı, bir peşəakar məşqçi kimi yetişməyimdə atamın rolu şoxböyükdür. Günü bu gün də Şamil müəllimin təcrübəsindən, bilik vəbacarığından yararlanıram. Ehtiyac yarananda daima onunlaməsləhətləşirəm. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki,Professor Şamil Əbdürrəhmanovun Su İdman Növlərinin təbliği vəinkişafında böyük rolu, zəhməti var” deyə professor RəşadƏbdürrəhmanov qeyd edib.

Bu günlərdə 75 illik yubileyi qeyd olunacaq professor ŞamilƏbdürrəhmanov haqqında həm iş yoldaşları, həm dostları, həm ailəüzvləri yalnız müsbət fikirlər söylədilər. Azərbaycan Su İdmanNövlərinin inkişafında böyük əməyi olan Şamil Əbdürrəhmanov bu gündə böyük həvəs və enerji ilə öz əmək fəaliyyətini davam etdirir.Yəqin ki, hələ uzun illər alimin yetişdirdiyi mütəxəssislərin,idmançıların uğurlarının səsi uzaqlardan gələcək.

Ömrünü
Ömrünü
Ömrünü
Ömrünü
Ömrünü
Ömrünü
Ömrünü
Seçilən
0
3
az.trend.az

4Mənbələr