AZ

“Azəralüminium”un ixrac gəlirləri 4 milyon manatdan çox artıb

Cari ilin yanvar-mart aylarında “Azəralüminium” MMC-nin xarici bazarlara satışdan əldə etdiyi gəlirlər 39,7 milyon ABŞ dolları təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artım deməkdir.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə şirkətin ixracdan əldə etdiyi gəlir 35,3 milyon ABŞ dolları səviyyəsində olub. Beləliklə, ötə ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri 4 milron 400 min dollar artıb.

Maya Hüseynova

Seçilən
0
valyuta.az

1Mənbələr