Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 121 ədəd Ukrayna PUA-nı məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Krımda 89, Qara dəniz üzərində 23, Krasnodarda 4, Oryolda 2, Azov dənizi üzərində 1, Bryansk və Belqorod vilayətinin ərazisi üzərində 1 ədəd PUA vurulub.