Bu ilin birinci rübündə Azərbaycan 9,7 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.
Bu barədə Yenisabah.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Hesabat dövründə ölkənin tütün ixracından gəliri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% azdır.
Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,15%-ni təşkil edib.
Telegram kanalımız