AZ

Zelenski Rusiya, İsveçrə və Sinqapur şirkətlərinə sanksiya tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrə, Sinqapur və Rusiyada qeydiyyatdan keçmiş 81 şirkətə məhdudiyyətlər qoyub.

Editor.az xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin saytında dərc olunub.

Sadalanan hüquqi şəxslərdən 78-i Rusiya Federasiyasında, ikisi Sinqapurda, biri isə İsveçrədə qeydiyyatdan keçib. Müəssisələr qaz, neft, ammonyak sektorunda, həmçinin metallurgiya sahəsində fəaliyyət göstərir. Xüsusilə, Novolipetsk Metallurgiya Zavodu, Stoilenski mədən və emalı zavodu və digər müəssisələr sanksiyalara məruz qalıb.

“Birgə” könüllülər təşkilatı, “Qızıl mələklərin əlləri” xeyriyyə təşkilatı və “Yaxşılıq və Fəaliyyət” yardım təşkilatına məhdudiyyətlər qoyulub.

Sanksiyalar 10 il ərzində qeyri-müəyyən müddətə qüvvədə qalacaq.

O da məlum olub ki, mayın 1-də Zelenski keçmiş administrasiya rəhbəri, müşaviri Oleksiy Arestoviçə məhdudiyyətlər qoyub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
2
editor.az

3Mənbələr