AZ

Göyərtəsində 5 nəfər olan təyyarə itdi

Boliviya hakimiyyəti hərbçilərə göyərtəsində 5 nəfərin olduğu ölkənin şimalında itən kiçik təyyarəni axtarmağı tapşırıb.Metbuat.az xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse telegram kanalında yazıb. “Göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu “Cessna 172CP” təyyarəsinin itkin düşməsi ilə əlaqədar Fəlakətlərə Qarşı Birgə Hücum Komandanlığı və Silahlı Qüvvələrin axtarış-xilasetmə qrupları vasitəsilə dərhal axtarış aparılması barədə əmr vermişik. Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən itib”, - o deyib.

Boliviya Mülki Aviasiya İdarəsinin məlumatına görə, itən təyyarənin pilotu aprelin 30-da qəza siqnalı verib və o vaxtdan bəri əlaqə saxlamayıb. Həmin vaxt təyyarə Beninin paytaxtı Trinidaddan 109 km şimal-şərqdə olub.

Seçilən
0
2
metbuat.az

7Mənbələr