Şirvan Şəhər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elsevər Quluzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aydan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, Elsevər Quluzadə MMC-lərin birində 2021-2023-cü illərdə satış təmsilçisi vəzifəsində işləyib. O, Şirvan şəhəri, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində yerləşən mağazalara və apteklərə mal və məhsullar verib. Lakin verdiyi mal və məhsulların 16 628,51 manat pulu mənimsəyib.
Kamal Məmmədov
Tarix: 2 May 2025, 08:52