AZ

Paşinyanın yerinə namizəd müəyyənləşdi...- Xocalı canisi Köçəryanın qərarını gözləyirlər...

“2020-ci ildən Nikol Paşinyana qarşı impiçment prosesinin başlanmasına əsas maneə baş nazirliyə namizəd məsələsi olub və qalır. Birincisi, ona görə ki, bir adamın adı arenada görünən kimi onu daş-qalaq edənlərin, rədd edənlərin böyük cərgələri formalaşır və ictimai dəstək azalmağa başlayır, çünki birmənalı və hamı tərəfindən qəbul edilən müxalifət lideri yoxdur. İndi Milli Assambleyanın bütün deputatlarına göndərilən və baş nazirliyə namizədin adı olmayan impiçment ərizəsi bu məsələni bir daha gündəmə gətirib”.
 
Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır. 
 
Erməni nəşri qeyd edir ki, “müxalifətin faktiki liderləri” sayılan Robert Köçəryan və Serj Sərkisyan hesab edirlər ki, baş nazirliyə namizəd elan etmək düzgün deyil. Buna səbəb onların özlərinin antireytinqinin çox yüksək olması və prosesin məhz bu səbəbdən uğursuz ola bilməsi ehtimalıdır. Rusiyapərəst revanşist müxalifət başqa namizəd adında da ortaq məxrəcə gələ bilmirlər… 
 
“ “Şərəf duyuram” parlament fraksiyası baş nazirliyə namizədinin olmadığını, lakin istənilən namizədi müzakirə etməyə hazır olduğunu bildirib. Bu müraciətin konkret ünvanlandığı və prosesə başlaya biləcək “Hayastan” bloku hesab edir ki, bu aksiya Robert Köçəryanı arenadan uzaqlaşdırmaq, onu zərərsizləşdirmək və ona qarşı işləmək üçün xüsusi olaraq ortalığa atılıb” –deyə qəzet davamında bildirirş 
“Hraparak” baş nazirliyə məqbul namizəddən də bəhs edib.
 
“Öyrəndik ki, impiçment prosesinin təşəbbüskarlarından və fəal təbliğatçılarından biri Edqar Qazaryan “Hayastan” fraksiyasına bir sıra adların nəzərdən keçirilməsini təklif edib. Xüsusən də həm Robert Köçəryan, həm də Serj Sərkisyanla, hətta hakim “Vətəndaş sazişi” partiyasının bəzi  üzvləri ilə birlikdə çalışmış blokun müavini, keçmiş baş nazirin müavini Armen Gevorqyanın adı məqbul namizəd ola bilər. Ona deyiblər ki, Armen Gevorqyan bunu istəmir. Amma təklif edənlər əmindirlər ki, bu, bir nəfərin istəyindən asılıdır: Köçəryan qərar versə və Gevorqyan “istəyər”sə, komanda hərəkətə keçəcək və proses başlayacaq”, - erməni nəşri belə yazır.
 
S.Laçın
 
 
 
Seçilən
0
moderator.az

1Mənbələr