BAKI, 2 may. TELEQRAF
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli norveçli hücumçu Erlinq Holanın oynama ehtimalı ilə bağlı sualı cavablandırıb.
Teleqraf xəbər verir ki, ispan çalışdırıcı ulduz oyunçunun klublararası Dünya Çempionatı başlayana qədər yaşıl meydanlara dönəcəyinə inanır.
Qvardiola bildirib: “Ümid edirəm ki, o, həmin vaxta qədər oynaya biləcək. Holan FA Kubokunun finalında da meydanda olmaq istəyəcək. Bu, futbolçunun özünü necə hiss etməsindən asılı olacaq”.
Yada salaq ki, 24 yaşlı hücumçu martın 30-da topuğundan zədə alıb. Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.