ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.
Heftelik.az-ın məlumatına görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
“Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, – deyə o bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ hələ də sülhün bərqərar olması üçün əlindən gələni edəcək, lakin münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir^
“Dünyanın başqa hissələri, bütöv bir Yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”.