AZ

ABŞ və Çin tezliklə ticarət danışıqları apara bilər

ABŞ dövlət katibi Marko Rubio ABŞ-nin Çindən asılılığının azaldılmasının vacibliyini bir daha vurğulayıb.

ABŞ-nin dövlət katibi Marko Rubio Çinlə tezliklə ticarət danışıqlarının aparılmasına icazə verib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Fox News"a açıqlamasında deyib.

"Onlar görüşmək və danışmaq istəyirlər. Bizdə də bu işlə məşğul olan insanlar var. Aydındır ki, Xəzinədarlıq Katibimiz Skott Bessent bu səylərdə iştirak edir və bu danışıqlar tezliklə baş tutacaq", - Rubio qeyd edib.

Eyni zamanda, o, bir daha ABŞ-nin Çindən asılılığını azaltmağın vacibliyini vurğulayaraq, Pekin tərəfindən ədalətsiz ticarət praktikaları, o cümlədən valyuta manipulyasiyası, dempinq və əqli mülkiyyətin oğurlanması hallarının mövcud olduğunu deyib 

Dövlət katibi hazırkı vəziyyəti kritik adlandırıb: “Prezident Donald Tramp indi hərəkət edir, çünki gözləməyə vaxt yoxdur.”

Rubio əlavə edib: “Bu asılılıq daha iki il davam edərsə, biz ciddi təhlükə altında olacağıq. Administrasiya isə bu danışıqları ticarət balansını yenidən müzakirə etmək üçün bir fürsət kimi görür".

Seçilən
0
operativmedia.az

1Mənbələr