Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Baraş Qəzzanı aclıq zonası kimi tanımağa çağırıb...
Poliqon xəbər verir ki, Munir əl-Baraş bu barədə “Anadolu” Agentliyinə məlumat verib. Onun sözlərinə görə, Qəzza sakinlərinin 90%-dən çoxu kritik ərzaq çatışmazlığı ilə üzləşib, digər 65%-nin isə təmiz içməli suya çıxışı yoxdur.
Mayın 1-də Qəzza Səhiyyə Nazirliyi tibbi və humanitar təşkilatları, eləcə də dünya üzrə fəalları münaqişə zonasında fələstinli uşaqlara dəstək üçün bir həftəlik aksiya keçirməyə, o cümlədən tibbi qrupların göndərilməsi və dərman və tibbi avadanlıqların bərpasına çağırıb.
Aprelin 14-də BMT bəyan edib ki, humanitar yardım İsrailin zolağa hücumlarını bərpa etdiyi martın 18-dən Qəzza zolağına çatmır.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu və HƏMAS arasında atəşkəs razılaşması iki ay davam edib.
Poliqon.info