AZ

Bu gün 23 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Seçilən
0
49
publika.az

10Mənbələr