AZ

Tofiq Musayevin UFC-dəki debüt döyüşündə rəqibi kim olacaq?

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) debüt döyüşündəki rəqibi qırğızıstanlı döyüşçü ola bilər.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, döyüşçümüzün debüt qarşılaşmasında qırğızıstanlı Mktıbek Oralbeylə üzləşmə ehtimalı çoxalıb.

Qırğızıstanlı döyüşçü karyerası ərzində 16 döyüş keçirib, bunlardan ikisində məğlub olub , bir dəfə isə heç-heçə edib.

Qeyd edək ki, Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və beş dəfə uduzub.

Seçilən
0
2
olke.az

3Mənbələr