BAKI, 2 may. TELEQRAF
Mayın 4-də baş tutacaq “Bakı Marafonu 2025” tədbirində Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatları da iştirak edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında məlumat yayılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq marafon Dövlət Bayrağı Meydanında başlayacaq və orada da bitəcək.Tədbirin marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edəcək:
2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.