AZ

Qızıl ucuzlaşmağa davam edir

Son siyasi proseslər və bazarlarda artan riski qiymətli metalda zəif tendensiyanın davam etməsinə səbəb olur.

News24.az xəbər verir ki. ABŞ-ın idxala tətbiq etdiyi tariflərdən geri çəkilə biləcəyi gözləntiləri və Prezident Donald Trampın siyasətdə çeviklik siqnalları investorların təhlükəsiz sığınacaq axtarışlarını zəiflətdi. Bu vəziyyət qızıla olan tələbatı da boğdu.

Digər tərəfdən, qızıl bazarının güclü alıcılarından biri olan Hindistanın Pakistanla qarşıdurma ərəfəsində olması qiymətlərlə bağlı yeni qeyri-müəyyənlik yaradır. Mümkün qaynar münaqişə qlobal qızıl tələbini yenidən aktivləşdirə bilər.

Qızıl unsiyası:Günə 3288 dollardan başlayan qızılın unsiyası gün ərzində 3223 dollara kimi ucuzlaşaraq 3290 dollara qədər pik həddinə çatıb. Hazırda 3226 dollara satılır.

Qram Qızıl :Günə 4070 lirə ilə başlayan qram qızıl, gün içi əməliyyatlarda ən aşağı 3989, ən yüksək səviyyə isə 4073 lirəni sınaqdan keçirib. Hazırda 3993 lirədən satılır.

Grand Bazar qızıl qiymətləri:İstanbul Kapalıçarşısında qram qızılın alış qiyməti 4011 lirə, satış qiyməti isə 4065 lirə olaraq qeydə alınıb.

Səma


Seçilən
0
news24.az

1Mənbələr