AZ

Vens: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı təkliflər təqdim ediblər

BAKI, 2 may. TELEQRAF

Moskva və Kiyev münaqişənin həlli ilə bağlı verdikləri təkliflər arasında ortaq nöqtəni tapmaq vacibdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "FoxNews"-a müsahibəsində bəyan edib.

O bildirib ki, Rusiya və Ukrayna münaqişənin həlli alqoritmləri ilə bağlı təkliflərini təqdim ediblər.

C.D.Vens qeyd edib ki, növbəti addım iki proqram arasında ortaq nöqtənitapmaqdır.

O deyib: "Hər iki tərəf təkliflərini irəli sürdü. İndi isə biz bu münaqişəyə son qoymaq üçün hansısa orta xətti tapmalıyıq".

Seçilən
0
teleqraf.com

1Mənbələr