AZ

ÜST-nin işçilərinin maaşlarını ödəmək üçün vəsaiti çatışmır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ABŞ-ın maliyyələşdirməsinin kəsilməsi səbəbindən növbəti iki il ərzində işçilərinin maaşlarının 25%-ni ödəmək üçün vəsaiti çatışmır.

“Report” xəbər verir ki, bu barədə ÜST-nin baş direktorunun inzibati və maliyyə dəstəyi üzrə köməkçisi Raul Tomas təşkilatın mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir sıra səbəblərə görə təşkilatın ixtisar etməli olacağı işçilərin dəqiq sayını proqnozlaşdırmaq çox çətindir.

Yanvarın 21-də prezident Donald Tramp digər ölkələrlə müqayisədə qeyri-mütənasib şəkildə yüksək töhfələr verdiyini əsas gətirərək Birləşmiş Ştatların ÜST-dən çıxarılması barədə sərəncam imzalayıb.

Fevralın 3-də Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini faktiki olaraq dayandırıb.

Seçilən
0
report.az

1Mənbələr