Şimali Kipr Türk Cümhuriyyətində reklam lövhəsi insanların üzərinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün saat 13:20 radələrində köhnə Ercan hava limanının yerində keçirilən TEKNOFEST aviasiya festivalı ərazisində baş verib.
Təxminən 20 metr hündürlüyündə olan dəmir konstruksiyanın güclü külək nəticəsində uçduğu güman edilir.