AZ

Dünyanın ən yaşlı insanı vəfat etdi

Dünyanın ən yaşlı qadını olan braziliyalı İna Kanabarro Lukas 116 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, Porto Aleqri şəhərində dünyasını dəyişib. 

İna 1934-cü ildə rahibə olmağa qərar verib. O, portuqal dili və riyaziyyatdan dərs deyib, professor kimi çalışıb, həmçinin dini missiyalarda iştirak edib.

2018-ci ildə 110 illik yubileyindən sonra İna Papa Fransiskdən apostol xeyir-duası alıb. Lukas uzunömürlülüyünü Allaha borclu olduğunu iddia edirdi. O, 2024-cü ilin dekabrında 116 yaşlı yapon qadın Tomiko İtukanın ölümündən sonra dünyanın ən yaşlı insanı olub.

İndi Braziliyanın ən yaşlı insanı 114 yaşlı İzabel Roza Pereyra, dünyanın ən yaşlı insanı isə Surreydə yaşayan 115 yaşlı ingilis qadın Ethel Kateremdir./Axşam.az


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr