Tutulmuş və ya həbs edilmiş şəxslər qaçdıqda müşayiət dəstəsinin rəisi dərhal müdaxilə edir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
O, qaçanların dayandırılması üçün “Dayan, uzan!” əmri verir. Qaçanları təqib etmək üçün xüsusi dəstə yaradılır. Təqib qrupu qaçanların gizlənə biləcəyi yerlər barədə təlimatlandırılır. Qatarla daşınma zamanı qaçış baş verdikdə qatar dayandırılır. Müşayiət dəstəsinin rəisi qatarın hərəkətini gecikdirmədən təqib təşkil edir. Qaçış barədə polis orqanlarına dərhal məlumat verilir. Hadisə “Müşayiət dəstəsinin yol qeydləri kitabı”nda qeyd edilir.