AZ

Avropa Liqasında İngiltərə finalına doğru

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunlarının hər ikisi eyni gündə baş tutub.

İngiltərə təmsilçisi “Tottenhem” evdə Norveçin “Bodo Qlimt” komandası ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda London klubu inamlı qələbəyə sevinməklə cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” isə İspaniyada Bilbao “Atletik”inin qonağı olub. “Qırmızı şeytanlar”ın çıxışı daha yaxşı alınıb. Mançester klubu səfərdə 3 cavabsız qola sevinməklə finala vəsiqənin taleyini böyük ölçüdə həll edib.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
1 may

“Tottenhem” (İngiltərə) – “Bodo Qlimt (Norveç) 3:1
Qollar: B.Conson, 1. C.Meddison, 34. D.Solanke, 61-pen – U.Saltnes, 83.

“Atletik” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:3
Qollar: Kazemiro, 30. B.Fernandes, 37-pen; 45.

Seçilən
0
arena.az

1Mənbələr