AZ

Konfrans Liqası: “Çelsi”dən darmadağın, “Fiorentina” uduzdu

BAKI, 2 may. TELEQRAF

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf xəbər verir ki, turnirin əsas favoriti sayılan “Çelsi” finala vəsiqəni böyük ölçüdə həll edib. London klubu İsveçdə “Yurqorden”i böyük hesabla udub.

Digər qarşılaşmada İspaniyada “Real Betis” İtaliya təmsilçisi “Fiorentina”nı qəbul edib. Meydan sahibləri çətin qələbə qazanaraq, finala vəsiqə şanslarını artırıblar.

Qeyd edək ki, tərəflər arasında cavab oyunları mayın 8-də keçiriləcək.

UEFA Konfrans Liqası

1/2 final, ilk oyunlar

1 may

23:00. “Real Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) – 2:1

Qollar: Ez Abde, 6; Antoni, 64 – Luka Ranyeri, 73

23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) – 1:4

Qollar: İsak Alemayexu, 68 - Ceydon Sanço, 12; Noni Madueke, 43; Nikolas Cekson, 59 və 65

Seçilən
0
1
teleqraf.com

2Mənbələr