Qətər milli komandası ispaniyalı mütəxəssis Xulen Lopeteqini baş məşqçi təyin edib.
Bizim.Media xəbər verir ki, 58 yaşlı məşqçi ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb.
Lopeteqi daha əvvəl İspaniyanın “Real”, “Sevilya”, İngiltərənin “Vest Hem” və “Vulverhempton” klublarında, həmçinin, İspaniya milli komandasında çalışıb. Hazırda Qətər yığması FİFA-nın milli komandalar reytinqində 55-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta