
“Həkim 2 dəfə məni uğursuz əməliyyat etdi, şikayət edəndə çılpaq fotolarımı paylaşdı”- tiktok fenomeni plastik cərrahdan şikayətçidir.Tanınmış müğənni və sosial media fenomeni Günəş Musayeva estetik cərrah Əmiraslan Əmiraslanovun qeyri-peşəkar fəaliyyəti və etik qaydalara zidd hərəkətləri ilə bağlı ciddi iddialar irəli sürüb.Günəş Musayeva bildirib ki, 2023-cü ilin fevralında və 2024-cü ildə Əmiraslan Əmiraslanov tərəfindən iki dəfə bədənşəkilləndirmə əməliyyatı keçirib və ümumilikdə 14 min manat ödəyib. Lakin hər iki əməliyyat uğursuz alınıb və bədənində ciddi çapıq izləri qalıb. Şikayət etdikdə, cərrah onun əməliyyatdan əvvəl çəkilmiş çılpaq fotosunu üzünü bağlamadan sosial şəbəkələrdə yayımlayıb.
Günəş Musayeva bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və 23-cü polis bölməsinə yazılı şəkildə şikayət təqdim edib ✍️"Ulusum".az#CƏMİYYƏT#PLASTİK CƏRRAH
Diqqət Çəkənlər
DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən şəxslər saxlanılıb
DYP: Avtomobili nömrə nişansız idarə edən sürücünün narkotik aludəçisi olması aşkarlandı
DİN: KRİMİNAL XRONİKA