AZ

Azərbaycan millisi Millətlər Liqasında 2-ci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda həlledici görüşdə təşkilatçı ölkənin təmsilçisi ilə üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq olub – 3:1.

Xatırladaq ki, yığmamız ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib – 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.

Seçilən
0
fanat.az

1Mənbələr