AZ

Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları ABŞ-lə koordinasiyalı şəkildə həyata keçirməyi planlaşdırır.

Avropa İttifaqı, Ukraynada atəşin dayandırılması məsələsində Rusiyaya qarşı mövqeyini sərtləşdirə bilər.

Operativ Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro “Frans Press” agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları ABŞ lə koordinasiyalı şəkildə həyata keçirməyi planlaşdırır:

“Biz, avropalılar, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə Amerikanın bu təşəbbüsünü dəstəkləyəcəyik. Mən ABŞ senatoru Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, bu iki sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya etməyə çalışacağıq.”  

Agentliyin xatırlatmasına görə, daha əvvəl ABŞ senatoru Lindsi Qrem Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif etmişdi.

Seçilən
0
operativmedia.az

1Mənbələr