“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədəsini sağaldıb.
Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu artıq fərdi məşqlərə başlayıb.
Qapıçının iyun ayında millinin yoldaşlıq oyunlarında da iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev milli komandamızın mart ayında keçirdiyi Haiti millisi ilə yoldaşlıq görüşündə zədələnmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media