AZ

“Yuventus” İtaliya millisinin üzvü ilə müqavilə yeniləyəcək

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" müdafiəçisi Federiko Qattini uzun müddət komandada saxlamaq istəyir.

Apasport.az xəbər verir ki, Turin klubu italyan futbolçunun müqaviləsinin müddətini uzadacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. Qatti ilə 2030-cu ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. 26 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 2 milyon avro olacaq.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

La Liqadan Premyer Liqaya

“Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ

Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu

Yamal “100”ə çatdı

Ronaldo oynadı - “Əl-Nəsr” kubokla vidalaşdı

Seçilən
0
apasport.az

1Mənbələr