AZ

Premyer Liqada ayın ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytında məlumat verilib.

Siyahıya beş məşqçi daxil edilib:

Unay Emeri ("Aston Villa") – 4 qələbə, 1 məğlubiyyət, top fərqi: +8

Pep Qvardiola ("Mançester Siti") – 4 qələbə, 1 heç-heçə, top fərqi: +8

Eddi Hou ("Nyukasl") – 5 qələbə, 1 məğlubiyyət, top fərqi: +12

Vitor Pereyra ("Vulverhempton") – 5 qələbə, top fərqi: +8

Arne Slot ("Liverpul") – 4 qələbə, 1 məğlubiyyət, top fərqi: +6

Qalib yaxın günlərdə azarkeş səsverməsi və ekspertlərin dəyərləndirməsi əsasında elan olunacaq.

Seçilən
0
90deqiqe.az

1Mənbələr