BAKI, 1 may. TELEQRAF
Ağdaşda yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.
İlkin məlumata görə, iki avtomobilin toqquşması zamanı ikisi qadın olmaqla 3 nəfər yaralanıb.
Yaralılar 2003-cü il təvəllüdlü Cabbarov Zaur Hüseyn oğlu və ikiqadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.