"İnter" son matçlarda uğursuz seriya ilə diqqət çəkir.
90deqiqe.Az xəbər verir ki, Simone İnzaqinin yetirmələri ardıcıl beşinci oyunda da qələbəyə həsrət qalıb.
Komanda son qarşılaşmasında UEFA Çempionlar Liqasının ilk yarımfinal mərhələsində "Barselona" ilə 3:3 hesablı heç-heçə edib.
Bundan əvvəl "İnter", A Seriyasında "Bolonya" və "Roma"ya eyni – 0:1 hesabı ilə uduzub, İtaliya Kubokunda isə "Milan" qarşısında 0:3 hesabı ilə məğlub olub.
Mayın 3-də Milan təmsilçisi "Verona" ilə qarşılaşacaq. Komanda bu oyunda uğursuzluq seriyasına son qoymağa çalışacaq. Hazırda "İnter" A Seriyasının turnir cədvəlində 71 xalla ikinci pillədə qərarlaşıb və lider "Napoli"dən üç xal geri qalır. Rəqib "Verona" isə 32 xalla 15-ci yerdədir.